Rus futbolçu Benfikadan aldıqları dramatik yenilgiyə belə reaksiya verdi

28.11.2024

Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda öz meydanında "Benfika"ya uduzan (2:3) "Monako"nun rus yarımmüdafiəçisi Aleksandr Qolovin yenilgiyə münasibət bildirib.

Fanat.Az xəbər verir ki, orta xətt oyunçusu "Telegram"da belə bir paylaşım edib:

"Məğlubiyyətlərsiz qələbələr olmur. İrəli addımlamağa davam edirik".

Xatırladaq ki, hesabı Qolovinin məhsuldar ötürməsi sayəsində açan meydan sahibləri matçın 67-ci dəqiqəsinə qədər 2 top fərqi ilə öndə olublar. 58-ci dəqiqədən azlıqda oynayan (Sinqo qırmızı vərəqə alıb - red.) "Monako" sonradan 3 top buraxaraq uduzub.

Nihat

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью