Rus generala qarşı suiqəsddə Britaniya şübhə altındadır

17.12.2024

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Britaniya kəşfiyyat xidmətləri general-leytenant İqor Kirillova qarşı terror aktına dəstəkdə iştirak etmiş ola bilər.
Demokrat.az
xəbər verir ki, bunu “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko bildirib.
O bildirib ki,  Britaniya səfirliyinin binasının yuxarı mərtəbəsindən rahatlıqla dəstək həyata keçirilə bilər.
Korotçenkonun sözlərinə görə, planlaşdırılmış sui-qəsdin arxasında Ukrayna xüsusi xidmət orqanlarından dayanır.
Dekabrın 17-də səhər saatlarında Moskvada Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi general-leytenant İqor Kirillov və onun köməkçisinə sui-qəsd edilib.
Əfsanə Kamal
Demokrat.az

 
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью