Icma.az bildirir, Manset saytına əsaslanaraq.
Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qüvvələrinin rəisi general-leytenant İqor Kirillova qarşı terror aktını törədənə 100 min dollar qonorar vəd edilib.
Manset.az bu barədə TASS-a istinadən xəbər verir.
Agentliyin məlumatına görə, cinayəti Ukrayna xüsusi xidmət orqanlarının tərəfindən cəlb edilmiş 29 yaşlı Özbəkistan vətəndaşı törədib. Puldan əlavə, ona Avropa İttifaqı ölkələrində yaşamaq icazəsi vəd edilib.