Rus hakerdən kiberhücum: Banklar və hava limanları hədəfdədir

18.02.2025

Icma.az bildirir, News24 saytına əsaslanaraq.

Bu ayın əvvəlində İtaliya prezidenti Mattarella Rusiyanın Ukraynaya qarşı müharibəsini iki ölkə arasında gərginliyə səbəb olan n*sist Almaniyasının ekspansionizmi ilə müqayisə edib.

News24.az Reuters-a istinadən xəbər verir ki, bu hadisədən sonra İtaliyaya qarşı kiberhücumlar edilməyə başlayıb.

Noname057(16) adlı haker qrupu İtaliyaya edilən hücumlara görə məsuliyyəti öz üzərinə götürüb. Hakerlər İtaliyanın ən böyük hava limanlarını və banklarını hədəfə alıblar. İtaliyanın Kibertəhlükəsizlik Agentliyinin bəyanatına görə, hücumlar böyük bir axsamaya səbəb olmayıb.

“La Repubblica” qəzeti iddia edib ki, sözügedən qrup ümumiyyətlə öz fəaliyyətlərində siyasi və iqtisadi məqsədlər güdür, hücumları ilə ölkələrin infrastrukturlarını zəiflətmək, xaos yaratmağı hədəfləyir.

Günel Məlikzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью