Rus hərbçilər Ukrayna PUA sına təslim oldular Video

09.06.2026

Icma.az, Axar.az saytına istinadən bildirir.

Rusiya Silahlı Qüvvələrinin 6-cı ordusunun 69-cu diviziyasının 83-cü alayının bir qrup hərbçisi Ukrayna ordusuna könüllü əsir düşüb.

Axar.az xəbər verir ki, əsir düşən hərbçilər bəyanat da yayıblar.

Müraciətlərində hərbçilər Rusiya komandanlığının onları ölümə göndərdiyini və imtina edəcəkləri təqdirdə hərbi xidmətlərini “sıfırlayacaqları” ilə hədələdiyini bildiriblər.

Onların sözlərinə görə, mövqelərində təslim olmaq barədə təlimatları olan bir vərəqə tapıblar və silahlarını yerə qoyaraq təslim olublar.

Hərbçilər ruslara hərbi xidmət barədə müqaviləni imzalamamağı, müharibəyə getməməyi və cəbhədə olanlara isə təslim olmağı məsləhət görübrlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью