GlobalInfo saytına istinadən Icma.az xəbər verir.
Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələri ilə gedən döyüşlər zamanı ABŞ istehsalı olan iriçaplı pulemyotlardan ibarət böyük partiyanı ələ keçiriblər.
Globalinfo.az xəbər verir ki, bu barədə “Mash” Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, söhbət ABŞ tərəfindən İkinci Dünya və Koreya müharibələrində istifadə olunmuş “Browning M2” pulemyotlarından gedir. Qeyd olunur ki, bu silahların Ukrayna Silahlı Qüvvələrinə tədarükü Belçika tərəfindən həyata keçirilib.
Kanalın məlumatında bildirilir ki, pulemyotların bir hissəsinin üzərində 1889-cu ildə Lyej yaxınlığında əsası qoyulmuş FN Herstal şirkətinin markalanması mövcuddur. Digər nümunələrin üzərindən isə seriya nömrələri və istehsalçı adları silinib. Məlumatda ehtimal edilir ki, bu silahlar qeyri-rəsmi kanallarla göndərilib.
Qeyd edilir ki, sözügedən pulemyotlar Ukraynaya 2022-ci ildə təhvil verilib. İlkin mərhələdə müdafiə məqsədilə istifadə olunsalar da, sonradan hücum bölmələrinin silahlanmasına daxil edilib. Kanalın iddiasına görə, ələ keçirilən silahlar texniki cəhətdən yararsız vəziyyətdə olub.
Əliyar Xəlil