Rus hərbçiləri poliqondan qaçdılar

13.05.2025

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hərbi əməliyyat zonasına göndərilmək üçün Müdafiə Nazirliyi ilə müqavilə bağlamış 10 nəfər Rostov vilayətindəki hərbi poliqondan qaçıb.

Turkustan.az xəbər verir ki, bu barədə “161.ru” məlumat yayıb.

Məlumata görə, bundan öncə onlar islah düşərgələrində olublar:

“Hadisə mayın 9-u gecə saatlarında baş verib. Onların silahı olmayıb. Qaçanlardan 4-ü Rostov vilayətini tərk edərkən saxlanılıb. Daha iki nəfərin yeri müəyyən edilib, onların saxlanılması üçün hazırlıq aparılır. Qalanların axtarışı hərbi polis əməkdaşları tərəfindən aparılır. Müqavilə imzalanmazdan əvvəl qaçanlar adam öldürmə, quldurluq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, zorlama və təcavüzə görə cəza çəkiblər”. /axar.az/

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью