“Rus kanallarını yayımlamayın!” Etiraz

01.07.2025

Olay.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Rus kanallarını yayımlamayın!” - Etiraz

Bir neçə azərbaycanlı məşhur Rusiyanın telekanallarını protesto edib.

OLAY yazır ki, müğənni-bəstəkar Murad Arif sosial media hesabında bunları yazıb:

“Azərbaycan ərazisində yayımlanan bütün KABEL tvlərə səslənirəm! Çox hörmətli, Katv, Ailə TV, CityNet, B&B, Connect, Uninet, ATV+ və başqaları! Xalqımızı təhdid edən və alçaldan kanalları yayımlamayın! Bu efirlər sırf azərbaycanlıların əsəbinə, qəzəbinə, həyəcanına hesablanıb! Onlar bilməlidir ki, biz, əhali olaraq baxmırıq”.

Daha sonra aparıcı-prodüser Tarix Əliyev instaqramda bunları yazıb:

“Azərbaycan ərazisində yayımlanan bütün KABEL tvlərə səslənirəm. Azərbaycanı soyan rus kanallarını yayımlamayın. Bu efirlər sırf azərbaycanlıların əsəbinə, qəzəbinə, həyacanına hesablanıb! Onlar bilməlidir ki, biz, əhali olaraq baxmırıq”!!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью