Rus maqnat bu begemotu övladlığa götürdü

31.12.2024

Icma.az, Publika.az saytına istinadən bildirir.

"Ethereum" kriptovalyutasının yaradıcısı Vitalik Buterin məşhur begemot Mu-Denqin yaşadığı Tailand Kxao Kxeo zooparkına 10 milyon baht (31 milyon rubl) bağışlayıb.

Publika.az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.

Noyabr ayında Rusiya əsilli kripto maqnatı şəxsən zooparka baş çəkib və Mu-Denqlə fotolar çəkdirib. Məhz o zaman ona begemotu övladlığa götürmək və qaldığı yerin yenidən qurulması üçün ianə etmək təklif olunub. Maqnat razılaşıb.

Xatırladaq ki, Mu-Denq iyul ayında anadan olub və dərhal sosial şəbəkələrdə məşhurlaşıb. Şirin begemotu görmək istəyən xarici turistlərin axını bir neçə aydır ki, artmaqda davam edir.

Adəm

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью