Icma.az bildirir, Azpolitika.az portalına istinadən.
Rusiya ordusunun hərbçiləri Zaporojye bölgəsindəki Zelenyi Hay kəndi yaxınlığında Ukrayna Müdafiə Qüvvələrinin beş əsgərini edam ediblər.
Bu barədə "DeepState" analitik mərkəzinin hesabatında bildirilir.
Rusiya hərbçiləriin meşəlik ərazidə Ukrayna əsgərlərini əsir götürdükləri, onları sıraya düzdükləri və dindirdikdən sonra edam etdikləri bildirilir.
Hesabatda hadisənin nə vaxt baş verdiyi dəqiqləşdirilməyib.
Xatırladaq ki, 19 noyabrda Donetsk vilayətinin Pokrovski rayonunda da rus hərbçiləri əsir götürülmüş beş silahsız Ukrayna əsgərini edam ediblər.
"AzPolitika.info"