Rus ordusu bu şəhəri də vurdu: 3 ölü, 10 yaralı

25.04.2025

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Rusiya ordusu aprelin 25-i gecə saatlarında Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərinə PUA-larla zərbə endirib.

Axar.az xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət administrasiyasının rəhbəri Sergey Lısak məlumat yayıb.

Onun sözlərinə görə, zərbələr nəticəsində şəhərdəki bəzi sənaye müəssisələrinin ərazisində, çoxmərtəbəli yaşayış binalarında yanğınlar baş verib.

“Hücum nəticəsində 3 nəfər ölüb, daha 10 nəfər yaralanıb. Yaralılardan 8-i xəstəxanaya yerləşdirilib”, - Lısak bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью