Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya ordusu bütün cəbhə boyu hücum əməliyyatları aparır.
Axar.az xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov deyib.
"Yanvar ayının əvvəlindən bəri 17 yaşayış məntəqəsi ələ keçirilib və bununla da 500 kvadrat kilometrdən çox ərazi nəzarətimizə keçib. Kupyansk-Uzlovaya ələ keçirilib və şəhərin məhəllələri təmizlənir", - Gerasimov bildirib.
Onun sözlərinə görə, hərbçilər Kovşarovka və Qluşkovka yaşayış məntəqələrində döyüş əməliyyatları aparır və Kovalevka istiqamətində irəliləyirlər:
“Rubtsovsk və Krasnolimansk istiqamətlərində hücum uğurla davam edir. 25-ci ordunun bölmələri Krasnıy Liman və İliçevkada küçə döyüşləri aparır. “Svyatıye qorı” Milli Parkında Ukrayna Silahlı Qüvvələrinin birləşmələrinin məhv edilməsi davam edir.
20-ci ordunun bölmələri Drobışevo, Yarovaya və Sosnovoye yaşayış məntəqələrinin ələ keçirilməsini başa çatdırır”.