Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya ordusu Kiyevin Borispol rayonundakı Yaqotin şəhərinə PUA-larla hücum edib.
Axar.az xəbər verir ki, bu barədə Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat verib.
Qeyd olunub ki, hücum zamanı mülki infrastruktura ciddi ziyan dəyib. İki uşaq bağçasının pəncərələri sınıb, avtomobil, iki yaşayış evinə ciddi zərər deyib. Zərbə nəticəsində bir nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.
Bundan əlavə, Kiyevdə “Yaqotinske” zavodu da vurulub.