Rus ordusu Kurskda Ukrayna bölmələrini mühasirəyə aldı

17.11.2024

Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiya hərbçiləri Olqovski Roşi rayonunda Ukrayna silahlı bölmələrini mühasirəyə alıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.

Bildirilib ki, bu gün ukraynalılar kiçik qruplar halında blokadadan çıxmağa cəhd ediblər. Lakin Rusiyanın “Şimal” qruplaşmasının döyüşçüləri onların qarşısını alaraq 80-dən çox hərbçisini öldürüb, 40-dan çoxunu yaralayıb.

O cümlədən, 24 ukraynalı hərbçi əsir götürülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью