Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Fevralın 3-də, gecə saatlarında Rusiya ordusu Ukraynanın Odessa bölgəsinə raket və pilotsuz təyyarə hücumu edib. Bölgənin cənubunda elektrik və mülki infrastruktur obyektlərinə zərbələr endirilib.
Reyting.az Ukrayna KİV-lərinə istinadla bildirir ki, ruslar Odessa şəhərini və bölgənin müxtəlif ərazilərinə hücuma məruz qoyublar.
Məlumata görə, pilotsuz təyyarələr Qara dənizdən yaxınlaşaraq bir neçə qrup halında hücuma keçiblər.
Odessa Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Kiper deyib ki, ruslar bölgəyə raket və pilotsuz təyyarə ilə kütləvi hücum edib. Bölgənin cənubundakı elektrik və mülki infrastruktur obyektlərinə zərbələr dəyib.
Hücum nəticəsində 50 mindən çox sakin elektriksiz qalıb. Kiper qeyd edib ki, enerji şirkətləri elektrik enerjisini bərpa etməyə çalışırlar.
Hücum nəticəsində üç yaşayış binası, anbarlar, inzibati binalar və avtomobillər zədələnib.
V. QULİYEV