Rus ordusu Slavyansk istiqamətində irəliləyir

31.07.2026

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiya ordusu Donetsk vilayətində Kaleniki yaşayış məntəqəsi yaxınlığında irəliləyiblər.

Axar.az xəbər verir ki, bu barədə “DeepState” layihəsinin analitikləri məlumat veriblər.

Məlumata görə, Rusiya qüvvələri Slavyansk istiqamətində irəliləməyə davam edir. Kaleniki kəndi isə Kramatorsk rayonunda yerləşir.

Daha öncə analitiklər bildirirdilər ki, ruslar əsas səylərini tədricən Slavyansk–Kramatorsk istiqamətinə yönəldirlər. Bundan əlavə, ruslar yaşayış məntəqələrini məhv etməklə yeni hərbi kampaniyaya hazırlığa başlayıb.

Analitiklərin sözlərinə görə, Rusiya qüvvələri Slavyansk və Kramatorsk şəhərlərini intensiv şəkildə dağıdır, bunun üçün idarəolunan aviasiya bombalarından (KAB), reaktiv artilleriyadan, "Şahid" PUA-larından və FPV-dronlardan istifadə edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью