Rus ordusu Suriyadan çıxarılır? Putindən cavab

19.12.2024

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Suriyada baş verənlər Rusiyanın məğlubiyyəti deyil”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Siz qərbli jurnalistlər istəyirsiniz ki, Suriyada baş verən hər şeyi Rusiyanı məğlubiyyəti kimi göstərəsiniz. Sizi əmin edirəm ki, belə deyil”, – o bildirib.

Putin xatırladıb ki, Rusiya 10 il əvvəl Suriyada terrorçu anklavının yaranmasına imkan verilməməsi gərəkdiyini deyib. O, Moskvanın məqsədinə çatdığını bildirib. Bununla belə, Rusiya lideri Suriyada hərbi bazanın saxlanması barədə düşünəcəyini bildirib.

Putin həmçinin NATO ilə qarşıdurma məsələsinə də toxunub. O, Rusiyanın praktiki olaraq NATO-nun bütün üzvləri ilə döyüşdüyünü qeyd edib. Bununla belə, hər şeyin bahalaşacağı təqdirdə NATO üzvlərinə hərbi xərcləri artırmağın da kömək olmayacağını deyib.

Putin həmçinin siyasəti “kompromis sənəti” adlandırıb və Rusiyanın hər zaman buna hazır olduğunu söyləyib.

Əliyar Xəlil
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью