Rus ordusu Ukraynada hərbi məktəbi vurdu: 12 ölü, 60 yaralı... | Icma.az
Icma.az, Axar.az saytına istinadən bildirir. Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının təhsil müəssisəsinə zərbələr endir
Təəssüf ki, ölən və yaralananlar var. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Quru Qoşunlarından məlumat verilib.
“Heç bir birləşmə və şəxsi heyətin kütləvi toplantısı keçirilməyib.
Hava hücumu siqnalının səslənməsindən sonra şəxsi heyətin əksəriyyəti sığınacaqlarda olub.
Hərbi qulluqçuların ölümü və yaralanmasının vəzifəli şəxslərin məsuliyyətsizliyi nəticəsində baş verməsi müəyyən edilərsə, təqsirkar şəxslər ciddi məsuliyyətə cəlb olunacaqlar”, - məlumatda qeyd olunub.
Ukrayna Teleqram kanallarının məlumatına görə, zərbə nəticəsində 12 nəfər həlak olub, 60 nəfər yaralanıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu