Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya ordusu Ukraynanın Odessa və Dnepropetrovsk vilayətlərinə hücum edib, nəticədə mülki şəxslər arasında ölən və yaralananlar olub.
Reyting.az-ın məlumatına görə, rus ordusunun bu iki vilayətə hücumu həm dünən gecə, həm də bu gün baş verib.
Dnepropetrovsk vilayət dövlət administrasiyasının rəhbəri Oleksandr Qanja deyib ki, təcavüzkar gecə ərzində Krivoy Roqa raket zərbəsi endirib.
“Doqquz fərdi ev, beş mənzil, bir inzibati bina və avtomobillərə ziyan dəyib. Düşmən həmçinin Sinelnikovski rayonuna dronlarla hücum edib.
Vasilkovska və Rozdorsk icmalarına ziyan dəyib. 77 yaşlı kişi və 72 yaşlı qadın həlak olub, 53 yaşlı qadın isə yaralanıb.
Hücum nəticəsində yanğınlar baş verib və üç fərdi evə ziyan dəyib”, - deyə Qanja əlavə edib.
Ruslar həmçinin hücum dronları ilə Odessa bölgəsini də vurub. “Düşmən yaşayış məntəqəsinə zərbə endirib.