Rus ordusunda Teleqram skandalı: Dərhal tədbir görüldü

21.02.2026

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Son üç ay ərzində Teleqramdan istifadə xüsusi hərbi əməliyyat zonasında rus qoşunlarının həyatını dəfərlərlə təhlükə altında qoyub.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.

Bildirilir ki, Ukrayna Silahlı Qüvvələri və kəşfiyyat xidməti rus əsgərlərin messencer məlumatlarına çıxış əldə ediblər:

“Onlar daha vacib məlumatları ələ keçirə və hərbi məqsədlər üçün istifadə edə bilərlər”.

Qeyd edək ki, Rusiyada Teleqramdan istifadənin məhdudlaşdırılacağı, onu yerli “MAX” platformasının əvəz edəcəyi açıqlanıb.

Əliyar Xəlil
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью