Rus Provaslav Kilsəsi Zelenskini “satanist” elan etdi “Ona qarşı adi silahlar kifayət deyil”

27.01.2026

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski, sələfləri kimi, adi silahlarla məğlub edilə bilməyən bir "satanist"dir(şeytana qulluq edən).

“AzPolitika” xəbər verir ki, bunu Rusiya Pravoslav Kilsəsinin Silahlı Qüvvələr və Hüquq-mühafizə Orqanları ilə Əməkdaşlıq üzrə Sinodal Departamentinin sədri Metropolit Kirill (Pokrovski) bəyan edib.

"Satanist Zelenskiyə qarşı nə etmək olar? Bu şeytançılığı tamamilə aradan qaldırmaq mümkün deyil; dua və Allahın gücü lazımdır", - deyə o, 500-dən çox hərbi keşişin qarşısındakı çıxışı zamanı deyib.

O, İsa Məsihdən sitat gətirərək deyib ki, şeytana qulluq edənlər adi silahlarla məğlub edilmir: "Buna görə də, əsgərlərin və silahların peşəkarlığından əlavə, dua və oruc da vacibdir".

Bir müddət əvvəl, Milad ərəfəsində Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı rus qoşunlarının “Tanrının müqəddəs missiyasını" yerinə yetirdiyini iddia etmişdi.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью