Rus qadın əsgərə qarşı terror aktının qarşısını alıb

26.11.2026

Icma.az bildirir, Ayna saytına əsaslanaraq.

Bu əməli ilə qadın özünü həbsdən də xilas edib

Ukrayna xüsusi xidmət orqanlarının rus hərbçisinə və ailəsinə qarşı terror aktında iştirak etməyə cəhd göstərən Soçi sakini cinayət məsuliyyətinə cəlb olunmayacaq. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu barədə Rusiya Federal Tədqiqatlar Xidməti (FTX) məlumat yayıb.

Bildirilib ki, qadın əməl haqqında hüquq-mühafizə orqanlarına vaxtında müraciət edib. Vurğulanıb ki, bu addım Rusiya vətəndaşına xüsusilə ağır cinayətə görə məsuliyyətdən yayınmağa imkan verib.

Qeyd edək ki, FTX Soçidə Ukrayna xüsusi xidmət orqanlarının rus hərbçisinə və ailəsinə qarşı terror aktı üçün hazırladığı 2 kiloqramlıq əldəqayırma partlayıcı qurğunu zərərsizləşdirib. Kəşfiyyat tərəfindən aldadılan yerli qadın sakin bombanı sonradan gizlətdiyi yerdən çıxarıb və polisə müraciət edərək hadisənin qarşısını alıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью