Rus qapısı Azərbaycan üçün bağlansa... 110 milyonluq pomidor | Icma.az
Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır. Statistikaya görə, 2025-ci ilin ilk 5 ayında Rusiyanın Azərbaycana satdığı məhsul
Rusiyanın ölkəmizdən idxal etdiyi məhsulların təxminən 110 milyon dollarlıq payı isə pomidordur.
Son günlər baş verən siyasi gərginliyin Bakı və Moskva arasındakı iqtisadi əlaqələrə nə dərəcədə təsir edəcəyi ciddi sual doğurur.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, hər iki ölkə iqtisadi mübadilədən ciddi qazanc əldə edir: “Mənə elə gəlir ki, hələlik Azərbaycan və Rusiya iqtisadi əlaqələrində problem yoxdur.
Düşünürəm ki, normallaşma da olacaq. Çünki hər iki ölkənin iş adamlarına da, biznesinə də sərfəlidir.
Bizə sərfəlidir, Rusiyaya isə üçqat sərfəlidir. Bizim Rusiyaya satdığımızdan 3 dəfəyədək daha artıq məhsulu onlar bizə satır.
Bu baxımdan, fikrimcə, normallaşdırıcı addımların atılması gözləniləndir”.
pizza mizza Ekspert qeyd edib ki, Azərbaycan ixrac sahəsində son baş verənlərdən dərs çıxarmalıdır: “Amma Azərbaycan da bundan bir dərs çıxarmalıdır ki, Rusiya bazarından asılılıqlarını azaltsın.
Tam oxu
Xəbəri oxu