Rus qırıcısı Estoniya hava məkanını pozdu

15.05.2025

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Rusiyaya məxsus qırıcı təyyarə ölkəmizin hava məkanını pozub.

Axar.az xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna deyib.

“Bir neçə gün əvvəl bayraqsız üzən “kölgə donanma” tankeri “Jaguar” Estoniya iqtisadi zonasına daxil olub. Biz buna uyğun cavab verdik: “kölgə donanması” gəmisinin sığortası və bayrağı olmadığı üçün qüvvələrimizi onu müşayiət etməyə göndərdik. Rusiya da vəziyyəti qiymətləndirmək məqsədilə ora qırıcı göndərdi, qırıcı bir dəqiqədən az müddətə qanunsuz olaraq hava məkanımıza daxil oldu. NATO qırıcıları da rus qırıcısına nəzarət üçün havaya qaldırıldı”, - o bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью