Icma.az bildirir, Bakivaxti portalına istinadən.
Rus qoşunları Dnepropetrovsk vilayətində dron və artilleriya hücumları həyata keçirib.
Bakıvaxtı.az TASS-a istinadla xəbər verir ki, Sinelnikove, Nikopol və Pavloqrad rayonlarında infrastruktur və müəssisələrə ziyan dəyib.
Hücum nəticəsində bir nəfər orta ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, bir qadın isə həlak olub, üç nəfər yaralanıb.
Bildirilib ki, şəxsi evlər, mənzil binaları, mədəniyyət müəssisələri və texnika zədələnib.
Rusiya ordusunun PUA hücumları avtomobillərə və digər obyektlərə də ziyan vurub.
Əli Hüseynov