Rus rublu çökdü: Dollar və avro kəskin bahalaşdı

27.11.2024

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiya Bankı dolların və avronun rəsmi məzənnələrini qaldırıb - çərşənbə günü onlar müvafiq olaraq 105 və 110 rublu keçib.

"Cebheinfo.az" xəbər verir ki, bu, tənzimləyicinin saytında dərc olunan məlumatlardan əks olunur.

Dolların məzənnəsi 1,27 rubl artaraq 105,06 rubl, avro isə 1,62 rubl bahalaşaraq 110,49 qubl olub.

Qeyd edək ki, Rusiya valyutasının zəifləməsinin səbəblərindən biri də ABŞ-ın yeni sanksiyalarıdır. Ötən həftənin sonunda ABŞ Xəzinədarlığı Rusiya Federasiyasında bir sıra kredit təşkilatlarına məhdudiyyətlər tətbiq etdi. Onların arasında "Qazprombank" , BKS-bank, Centrocredit" və DOM.RF var.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью