Rus “şahidləri” qərb rayonlarına hücum edib, partlayışlar baş verib

15.05.2025

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün səhər saatlarında düşmən “şahidinin” hücumu zamanı qərb rayonlarında partlayış səsləri eşidilib.

Bizimyol.info xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat verib.

"Xüsusilə, İvano-Frankivsk vilayətində və Lutskda partlayış səsləri eşidilib, hava hücumundan müdafiə sistemləri işləyir",- deyə vəziyyət barədə verilən məlumatda qeyd edilir.

Rusiya pilotsuz təyyarələrinin təhlükəsi ilə əlaqədar İvano-Frankovsk vilayətində səhər saat 4:41-də hava hücumu həyəcanı elan edilib. Və artıq 5:32; 5:47; 5:52 radələrinə partlayış səsləri eşidilib.

Səhər saat 6:26-da İvano-Frankivsk vilayətində hava hücumu siqnalı verilib. İvano-Frankovsk Vilayət Dövlət Administrasiyasının rəhbəri Svitlana Onışçukun verdiyi məlumata görə, düşmən müxtəlif istiqamətlərdən bölgəyə hücum edib. Onun sözlərinə görə, “həlak olanlar yoxdur”.

Bundan əlavə, saat 6:01-də Lutsk meri İqor Polisçuk şəhərdə partlayışlar barədə məlumat verib. Saat 6:12-də Polisçuk "daha bir PUA-nın Lutska uçduğunu" bildirib. Merin açıqlamasından sonra silsilə partlayış səsləri eşidilib.

Mayın 14-nə keçən gecə ruslar da Ukraynaya hücum edib, nəticədə bir neçə regionda yaralananlar və ölənlər olub. O cümlədən, Sumı rayonunda pilotsuz təyyarə yük maşınına çırpılıb, nəticədə bir nəfər ölüb, iki nəfər yaralanıb. Rivne bölgəsində də iki yaralının olduğu bildirilir.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью