Rus turistlərə Türkiyəyə səyahət etməmək tövsiyə olunub

04.06.2025

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Rusiyalı turistlərə "Coxsackie" virusuna görə Türkiyəyə səyahət etməmək tövsiyə olunub.
Demokrat.az xəbər verir ki, bu barədə Mash "Telegram" kanalı məlumat verib. 
Qeyd olunur ki, gələn turistlər kütləvi şəkildə xəstəliyin əlamətlərindən şikayət edirlər.
Məlumatda deyilir ki, "Coxsackie" enterovirusdur  su və ya yeməklə asanlıqla yoluxur. 
Virusun əsas əlamətləri qızdırma, ovuc və ayaqlarda səpkilər, boğaz ağrılarıdır. 
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью