Rusiya 1 gündə 570 pilotsuz uçuş aparatı vurulub

07.05.2026

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya Müdafiə Nazirliyi açıqlayıb ki, son 24 saat ərzində hava hücumundan müdafiə qüvvələri Ukrayna Silahlı Qüvvələrinə məxsus 570 pilotsuz uçuş aparatını məhv edib.

BAKU.WS xəbər verir ki, vurulan dronların hamısı təyyarə tipli olub. Bildirilib ki, eyni müddətdə həmçinin idarəolunan aviasiya bombaları və ABŞ istehsalı olan HIMARS reaktiv yaylım sistemlərinin raketləri də zərərsizləşdirilib.

Qeyd edək ki, Rusiya bölgədə "pilotsuz təhlükə rejimi"nin davam etdiyini açıqlayıb və əhaliyə ehtiyatlı olma çağırışı edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью