Rusiya 3+3ü təşkilata çevirmək İSTƏYİR

29.11.2024

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya Cənubi Qafqaz üzrə "3+3" platformasını tamhüquqlu təşkilata çevirmək istəyir.

Modern.az-ın məlumatına görə, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin məlumat verib.

O qeyd edib ki, rəsmi Moskva bu istiqamətdə iş aparır. Qaluzin bildirib ki, Moskva region ölkələrinin maraqlarının uzlaşmasında "3+3" regional əməkdaşlıq platformasına mühüm yer ayırır.

Qeyd edək ki, "3+3" formatı İkinci Qarabağ müharibəsindən sonra irəli sürülüb. “3+3” formatının ilk görüşü 2022-ci ildə Moskvada, 2023-cü ildə Tehranda, bu il isə Ankarada baş tutub. Platformaya Gürcüstan daxil edilsə də, Tbilisi görüşlərdə iştirak etməyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью