Rusiya 5 il ərzində Avropada böyük müharibəyə başlaya bilər

12.02.2025

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Danimarka Kəşfiyyatı Rusiya ilə bağlı vacib açıqlama yayıb.

Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Belə ki, Danimarka Müdafiə Kəşfiyyat Xidməti (FE) xəbərdarlıq edib ki, Ukraynada müharibə bitərsə Rusiya beş il ərzində Avropada genişmiqyaslı müharibəyə başlaya bilər.

Hesabatda hazırda Danimarkaya “hərbi hücum” təhlükəsinin olmadığı, lakin Rusiyanın regionun ən böyük hərbi gücü olduğu və Rusiya prezidenti Vladimir Putinin bu tituldan imtina etməyə üstünlük verməyəcəyi qeyd edilib.

 "Rusiyanın Şimal qütbünə qədər hər yerə nəzarət etmək istəməsi mümkündür. Dövlətin 2022-ci ildə imzaladığı dəniz doktrinası, ölkənin şimalında maraqlarını müdafiə etmək üçün hərbi güc də daxil olmaqla, bütün vasitələrdən istifadə etmə ehtimalını ortaya qoyur",- məlumatda qeyd edilib. 

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью