Rusiya 7 hava limanını blokladı: Hücumlar var

15.02.2025

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiyanın Həştərxan, Vladiqafqaz, Volqoqrad, Qroznı, Kaluqa, Saratov və Ulyanovsk hava limanları müvəqqəti olaraq reysləri qəbul etmir və göndərmir.

Ölkə.az xəbər verir ki, bu barədə "Rosaviasiya" (Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi) nümayəndəsi Artem Korenyako məlumat verib.

Bildirilib ki, məhdudiyyətlər dron hücumlarından sonra tətbiq edilib. Müdafiə Nazirliyinin məlumatına görə, gecə saatlarında Rusiya səmasında 40 pilotsuz uçuş aparatı məhv edilib

Həmidə İbrahimova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью