Icma.az, Oxumeni.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ukraynadakı müharibə ilə bağlı danışıqlar zamanı Putin ABŞ prezidentinin xüsusi elçisi Cared Kuşnerə sanksiyaların aradan qaldırılması müqabilində biznes müqavilələri təklif etdi. Bunlara Saxalinin yaxınlığında birgə neft hasilatı və ABŞ-a dizel tədarükü daxildir.
Bu barədə New York Magazine məlumat verib.
Qeyd edək ki, bu ilin sentyabr ayında Kuşner və ABŞ prezidentinin digər xüsusi elçisi Stiv Vitkov Kremldə Putinlə görüşdülər. Financial Times qəzetinin məlumatına görə, Rusiyanın təklif etdiyi müqavilələr arasında Saxalin adasında ABŞ-Rusiya birgə neft hasilatı da var idi.
The New York Times qəzeti Putinin sanksiya altında olan Rusiya enerji şirkətini konsorsiumunu ABŞ-la birgə işlətmək niiyətindədir. Konsorsiuma BƏƏ prezidentinin qardaşına məxsus şirkət, Kuşnerin Albaniyadakı tərəfdaşı olan Qətər şirkəti və Trampın əsas donoru daxil olacaqdı. Kuşner özü bu məsələnin müzakirə olunduğunu inkar edir.
Əziz Mustafa