Rusiya ABŞ danışıqları prosesi sanksiyaların ləğvinə doğru aparır Saks | Icma.az
Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiya və ABŞ arasında davam edən danışıqlar prosesi effektiv şəkildə irəliləyir və Amerika sanksiyalarının ləğvinə səbəb ola bilər.
Bizimyol.info xəbər verir ki, bu fikri Rusiya mətbuatına müsahibəsində Antalya Diplomatik Forumunda (ADF2025) iştirak edən amerikalı iqtisadçı, Kolumbiya Universitetinin (Nyu-York) Davamlı İnkişaf Mərkəzinin direktoru, professor Cefri Saks deyib.
“Düşünürəm ki, ABŞ və Rusiya arasında davam edən danışıqlar çox məhsuldar ola bilər. Buna ümid var. O, mütləq mövcud olacaq.
Düşünürəm ki, hadisələr ABŞ-ın Rusiyaya qarşı sanksiyalarının faktiki olaraq ləğvi istiqamətində istiqamətdə inkişaf edir”, - deyə Saks qeyd edib.
O, həmçinin əlavə edib ki, ABŞ prezidenti Donald Trampın gömrük rüsumları ilə bağlı siyasəti Rusiya üçün böyük risk yaratdığını güman etmir.
“Trampın qondarma tarif müharibələri Rusiya üçün böyük problem olmayacaq.
Çünki bunun Rusiyaya birbaşa və güclü təsiri olmayacaq”, - deyə iqtisadçı əlavə edib.
Tam oxu
Xəbəri oxu