Rusiya ABŞ danışıqlarının üçüncü raundu payızın sonunadək keçiriləcək

01.10.2025

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiya-ABŞ danışıqlarının üçüncü raundu mütləq payızın sonuna qədər baş tutacaq.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

Nazir müavini iki ölkə arasında qıcıqlandırıcı faktorların aradan qaldırılması ilə bağlı danışıqların üçüncü raundunun payızın sonuna qədər keçiriləcəyini söyləyib.

Qeyd edək ki, bundan öncə iki ölkə arasında qıcıqlandırıcı faktorların aradan qaldırırlması ilə bağlı danışıqlar İstanbulda keçirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью