Rusiya ABŞ ilə bəzi layihələrin icrasında maraqlıdır

26.02.2025

Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


“Ehtiyac yarananda Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı ola bilər. Dialoqa start verilib, lakin hələlik belə bir danışıq planlaşdırılmır. Bəzi təcili məsələlərin həlli üçün planlar dəyişə də bilər”.
Reyting.az
xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov paytaxt Moskvada jurnalistlərin aktual mövzularla bağlı suallarını cavablandırarkən deyib.
Putinlə Trampın təkbətək görüşü ilə bağlı hələlik hər hansı bir inkişafın olmadığını bildirən Peskov qeyd edib ki, bu görüşün baş tutması ilə bağlı bir anlayış var: “Bu, iki liderin razılaşdığı məsələdir. Həm iki liderin, həm də nümayəndə heyətləri başçılarının Ər-Riyadda əldə etdiyi razılaşmalar mərhələ-mərhələ həyata keçirilir. Xarici işlər nazirləri, ekspertlər səviyyəsində təmaslar planlaşdırılır”.
ABŞ-la əməkdaşlıq imkanlarına gəlincə, Peskov deyib ki, müxtəlif sahələrdə iqtisadi əməkdaşlıq layihələrinə maraq göstərirlər.
Kremlin sözçüsü əlavə edib ki, Ukrayna böhranının həlli prosesi çərçivəsində Çin sülhməramlılarının Ukraynaya göndərilməsi məsələsi də müzakirə olunmayıb.
E. KAMAL
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью