Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Rusiya ABŞ ilə münaqişə zamanı İrana birbaşa diplomatik yardım göstərib, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrini bloklayıb”.
“Cebheinfo.az”-ın "Kommersant" qəzetinə istinadən məlumatına görə, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bunu İranın Dövlət Televiziya və Radio Yayımları Şirkətində bildirib.
Onun sözlərinə görə, Moskva Tehrana siyasi dəstək verib və bir neçə halda İrana qarşı beynəlxalq hücumlar üçün hüquqi əsas yarada biləcək BMT Təhlükəsizlik Şurasının qətnamələrini bloklayıb.
"Birbaşa yardım deyilsə, bu nədir?",- deyə Medvedev Rusiyanın İrana dəstəyinə mümkün məhdudiyyətlər barədə suala cavab verərkən bildirib.
O, Moskva və Tehranın münasibətlərini strateji adlandırıb və onların hərbi blok kimi qəbul edilməməli olduğunu vurğulayıb.
Təhlükəsizlik Şurasının sədr müavini bildirib ki, İran İslam Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlər misli görünməmiş dərəcədə yüksək səviyyədədir.
ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatının ilk günündə Rusiya Xarici İşlər Nazirliyi kampaniyanın başlanmasını pisləyib.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin