Rusiya ABŞ ın qəbul etmədiyi dizeli KONKRET

12.11.2026

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Rusiya ABŞ-a göndərilməsi nəzərdə tutulan, lakin qəbul edilməyən dizel yanacağını Braziliyada satmağa çalışır.

KONKRET.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Agentliyin Braziliyada yanacaq idxalçılarını təmsil edən Abicom ticarət qrupunun rəhbərinə istinadən yaydığı məlumata görə, rus şirkətləri Braziliyanın yanacaq distribütorlarına Rusiyada yüklənmiş ən azı dörd tankerdəki dizel yanacağının alınması ilə bağlı təkliflər göndəriblər.

“Bloomberg”in məlumatına əsasən, söhbət ABŞ-ın Donald Trampın təşəbbüsü ilə əldə olunmuş “dizel razılaşması”na baxmayaraq qəbul etməkdən imtina etdiyi yanacaq partiyalarından gedir.

Bununla belə, Braziliya treyderləri hələlik Rusiyadan yanacaq almağa razılıq verməyiblər. Onlar təklif olunan qiymətləri ABŞ mənşəli dizellə müqayisədə cəlbedici hesab etmirlər.

Digər tərəfdən, hazırda Braziliyada dizel yanacağına tələbat yüksəkdir. Belə ki, ilin dördüncü rübündə ölkənin kənd təsərrüfatı sektorunda ənənəvi olaraq genişmiqyaslı mövsümi işlər aparılır və bu da yanacağa ehtiyacı artırır.

Braziliya dizel tələbatının ödənilməsində xarici təchizatçılardan ciddi şəkildə asılıdır. Ölkə bu yanacağın idxalına görə dünyada ikinci yerdədir və yalnız Avstraliyadan geri qalır.

Məlumata görə, əvvəlcə ABŞ-a doğru hərəkət edən Rusiya dizeli ilə yüklənmiş ən azı bir tanker hazırda Atlantik okeanında gözləyir.

Xatırladaq ki, bundan əvvəl ABŞ-da Rusiya yanacağının mümkün idxalı ilə bağlı siyasi mübahisə yaranmışdı. Belə ki, Nyu-Cersi ştatının qubernatoru Mikki Şerrill liman operatorlarını və terminal sahiblərini Rusiya istehsalı olan dizel yanacağını qəbul etməməyə çağırmışdı.

Qubernatorun fikrincə, belə bir addım 2022-ci ildə Rusiyaya qarşı tətbiq edilmiş federal sanksiya qanunvericiliyinin pozulmasına səbəb ola bilər.

Qeyd edək ki, Nyu-Cersi ştatının ərazisində Nyu-York liman kompleksinin tərkibinə daxil olan ən böyük neft terminallarının və yanacaq anbarlarının bir hissəsi yerləşir.

Natiq Səlim,
KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью