Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.
Rusiya və ABŞ arasında məsləhətləşmələr aprelin 10-da İstanbulda keçiriləcək.
"Unikal" xəbər verir ki, bu barədə TASS mənbəyə istinadla xəbər yayıb.
İki ölkə arasındakı məsləhətləşmələrin ikinci raundunda Rusiya nümayəndə heyətinə Rusiyanın Vaşinqtondakı səfiri Aleksandr Darçiyev, ABŞ nümayəndə heyətinə isə Birləşmiş Ştatların dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Kulter başçılıq edəcək.
Qeyd edək ki, əvvəlki Rusiya-ABŞ məsləhətləşmələri fevralın 27-də İstanbulda keçirilmişdi.