Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bizimyol.info xəbər verir ki, Rusiya prezidentinin xarici siyasət üzrə köməkçisi Yuri Uşakov VGTRK jurnalisti Pavel Zarubinin rusiyalı siyasətçilərə tətbiq edilən sanksiyaların Budapeştdəki görüşün qarşısını alıb-almayacağı ilə bağlı sualına belə cavab verib.
"Mənə elə gəlir ki, Vaşinqton və Moskva arasında liderlər arasında bu və ya digər yerdə görüş barədə prinsipial razılıq əldə olunarsa, bir çox texniki və siyasi çətinliklər arxa plana keçəcək", - deyə Uşakov qeyd edib.
"Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında görüş hələlik təxirə salınıb. Bu məsələ ilə bağlı əlaqələr davam edir", - deyə Rusiya prezidentinin köməkçisi bildirib.
Qadir, Bizimyol.info