“Rusiya ABŞ Ukrayna danışıqları Əbu Dabidə keçirilə bilər” Uşakov

09.09.2026

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

“Moskva və Vaşinqton Ukrayna tərəfi ilə sülh yolu ilə nizamlanmanın, o cümlədən üçtərəfli danışıqlar formatında təmasların bərpa edilməsi imkanını müzakirə ediblər”. 

525.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

“Bununla bağlı söhbət aparıldı. Yəni Ukrayna tərəfi ilə üçtərəfli formatda təmasların bərpa edilməsinin mümkünlüyü müzakirə edildi”, - o deyib.
Uşakov Rusiya-ABŞ-Ukrayna üçtərəfli danışıqlarının Əbu-Dabidə bərpa olunması imkanını istisna etməyib: 

“Bəzi təmaslar var, lakin hazırda söhbət əvvəllər aparılan Ukrayna ilə danışıqlar prosesinin bərpasından gedir. Biz bunu amerikalı həmkarlarımızla da müzakirə etmişik. Ona görə də, ola bilsin, bu proses üçtərəfli formatda yenidən bərpa olunsun. Məsələn, nümayəndələrimiz Əbu-Dabidə görüşüblər, orada görüşləri davam etdirmək də tamamilə mümkündür”.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью