Icma.az bildirir, Sherg.az portalına istinadən.
"The New York Times" (NYT) xəbər verir ki, Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında Ukrayna böhranının həlli ilə bağlı Abu-Dabidə planlaşdırılan ikinci raund danışıqlar bir neçə gün təxirə salınıb.
Sherg.az xəbər verir ki, səbəb rəsmi açıqlanmasa da, NYT qeyd edir ki, bu, 31 yanvar Florida ştatının Mayami şəhərində Rusiya Prezidentinin investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev ilə ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff arasında görüşdən sonra baş verib.
Əvvəlcə Ukrayna Prezidenti Volodimir Zelenski danışıqların 4-5 fevral tarixlərində baş tutacağını bildirmişdi. Qeyd edək ki, 23 yanvarda Abu-Dabidə təhlükəsizlik üzrə üçtərəfli məsləhətləşmələrin birinci günü, 24 yanvarda isə ikinci görüş keçirilib. Rusiya nümayəndə heyətinə Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Kostyukov rəhbərlik edib, Ukrayna tərəfinə isə Ümerov başçılıq edib.