“Rusiya, ABŞ və Ukrayna görüşü ilə bağlı konkret məlumat yoxdur” Peskov

25.09.2026

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsi ehtimalı Rusiya və ABŞ liderləri Vladimir Putinlə Donald Tramp arasında telefon danışığı zamanı müzakirə olunub”

525.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.

“Bu məsələ Putin və Tramp arasında telefon danışığı zamanı müzakirə edilib. Bildirilib ki, yaxın perspektivdə belə bir görüş keçirilə bilər. Lakin hazırda bu görüşlə bağlı konkret məlumat yoxdur. Mən bundan əlavə məlumat verə bilmərəm”, - Kremlin nümayəndəsi deyib.

Putin və Tramp sentyabrın 8-də telefonla danışıblar. Söhbət zamanı Rusiya dövlət başçısı Trampa ABŞ-ın vasitəçilik səylərini müsbət qiymətləndirib.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью