Rusiya ABŞa uran ixracını dayandırdı

16.11.2024

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Rusiya hökuməti zənginləşdirilmiş uranın ABŞ-yə ixracına məhdudiyyətlər qoyur. 

“Cebheinfo.az” “Yeni Şafak”a istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin zənginləşdirilmiş uranın ABŞ-yə ixracına məhdudiyyət qoymaqla bağlı fərman imzalayıb.

Qeyd olunur ki, məhdudiyyətlər zənginləşdirilmiş uranın ABŞ yurisdiksiyalarında qeydiyyatdan keçmiş qurumların iştirak etdiyi xarici ticarət sazişlərinə də şamil edilir. 

Texniki və İxrac Nəzarəti Federal Xidməti tərəfindən verilən birdəfəlik lisenziyalarla icazə verilən tədarüklər üçün istisnalar aparılacaq.

Qeyd edək ki, Moskvanın bu addımı ABŞ-nin 2024-cü ildən 2027-ci ilədək Rusiyanın uran məhsullarının idxalına qoyduğu məhdudiyyətlərə cavabdır. 

Yunis Abdullayev 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью