Rusiya Abxaziyada böyük təlimlərə başlayır

10.09.2026

Icma.az, Axar.az saytına istinadən bildirir.

Rusiya Silahlı Qüvvələrinin bölmələrinin iştirakı ilə oktyabr ayında Abxaziya “respublikası”nda genişmiqyaslı əməliyyat-taktiki təlimlər keçiriləcək.

Axar.az xəbər verir ki, təlim planı Abxaziya “prezidenti” Badra Qunba tərəfindən təsdiqlənib.

Bildirilib ki, 12-16 oktyabr tarixlərində baş tutacaq təlimlərdə qondarma respublikanın “silahlı qüvvələri” də iştirak edəcək.

Döyüş təliminə artilleriya, zirehli texnika və aviasiya cəlb olunacaq. Xüsusi diqqət yüksək texnologiyalı silahların istifadəsinə, idarəetmə və elektron müharibəyə yönəldiləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью