Rusiya Abxaziyadakı vəziyyətə münasibət bildirdi Yeni Çağ Media

18.11.2024

Icma.az, Yenicag portalına istinadən məlumatı açıqlayır.

Rusiya Abxaziyada vəziyyətin normallaşmasının tərəfdarıdır.

Yenicag.az xəbər verir ki, bu sözləri noyabrın 18-də Kreml rəsmisi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

“Əlbəttə, biz respublikada vəziyyətin tezliklə normallaşmasının tərəfdarıyıq və istərdik ki, bu vəziyyət tamamilə konstitusiya çərçivəsində qalsın”.

Peskov, həmçinin Rusiya Federasiyası ilə Abxaziya arasında ikitərəfli münasibətləri Rusiyanın xarici siyasətinin mühüm prioriteti adlandırıb.

www.yenicag.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью