Rusiya Afrika ölkəsinə yardım etdi

09.01.2025

Icma.az, Teleqraf.com portalına istinadən məlumat yayır.

Rusiya Qambella bölgəsindəki qaçqınlara ərzaq yardımı kimi Efiopiyaya 1600 tondan çox taxıl bağışlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın respublikadakı səfirliyi məlumat yayıb.

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramı yardımı alqışlayıb.

“Rusiya Federasiyasının ianəsi Ümumdünya Ərzaq Proqramına Efiopiyanın Qambella bölgəsindəki 163 240 qaçqına ərzaq yardımı göstərməyə imkan verəcək”, - bəyanatda deyilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью