Rusiya Afrikanı belə ələ keçirir Kəşfiyyat məlumatları

28.11.2026

Icma.az bildirir, Axar.az portalına istinadən.

Rusiya Afrikadakı enerji layihələrində iştirakını qitədə kompleks təsir strategiyasının alətlərindən biri kimi istifadə edir.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (QUR) məlumat yayıb.

Ukrayna kəşfiyyatı bildirir ki, Moskva beynəlxalq arenada öz maraqlarını irəli sürmək məqsədilə Afrikada Rusiyadan asılı dövlətlər çevrəsi formalaşdırmağa çalışır.

Kəşfiyyatın məlumatına əsasən, söhbət ilk növbədə atom energetikası layihələrindən getsə də, əməkdaşlıq bununla məhdudlaşmır:

“Belə ki, “Egypt Energy 2026” konfransı çərçivəsində Rusiyanın dövlət korporasiyası “Rosatom” Misirin texnologiya şirkətlərindən biri ilə enerji saxlama sistemlərinin yığımının Misir ərazisində lokallaşdırılması barədə saziş imzalayıb.

Rusiya bu əməkdaşlıq vasitəsilə Misirin enerji bazarında mövqelərini gücləndirməyi, ölkəni öz texnologiyalarının bütün Afrika qitəsində yayılması üçün platformaya çevirməyi, həmçinin Qərbin sanksiyalarından yayınmaq üçün mexanizmlər yaratmağı hədəfləyir.

Tərəflər, həmçinin 2015–2017-ci illərdə əsas razılaşmaları imzalanmış “Əl-Dabaa” Atom Elektrik Stansiyasının tikintisinin davam etdirilməsi məsələsini müzakirə ediblər.

Moskvanın regiondakı digər prioritet layihələrindən biri isə 100 MVt gücündə PEБ-100 üzən atom enerji blokunun təşviqidir.

Rusiyanın atom infrastrukturu layihələrində iştirakı nüvə yanacağının mərkəzləşdirilmiş xidmət və idarəetmə prosesinin yalnız Rusiya ərazisində həyata keçirilməsinə gətirib çıxaracaq. Bu isə Afrika ölkələrinin uzun illər Moskvanın enerji sahəsindən asılı vəziyyətə düşməsi ilə nəticələnə və Kremlə həmin dövlətlərin enerji təhlükəsizliyinə, eləcə də xarici siyasətinə təsir göstərmək üçün əlavə imkanlar verə bilər.

Bundan başqa, Rusiya atom energetikası sahəsində mütəxəssislər də hazırlayır. Hazırda Rusiyanın ali təhsil müəssisələrində dünyanın 20-dən çox ölkəsindən təxminən 400 tələbə bu sahədə təhsil alır.

Bütün bunlar Rusiyanın Afrikada ekspansionist siyasətinin tərkib hissələridir. Məqsəd Afrika dövlətlərinin Moskva qarşısında kritik enerji asılılığını formalaşdırmaq və onları Kremlin təsir dairəsində saxlamaq üçün əlavə təzyiq mexanizmləri yaratmaqdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью