Rusiya ağır bədəl ödəyir: işçi yox, itkilər, inflyasiya...

23.01.2025

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu il Ukraynada müharibəyə son qoyulması tamamilə mümkündür.

Axar.az xəbər verir ki, bunu NATO-nun keçmiş baş katibi Yens Stoltenberq deyib.

“Müharibələr təbiətcə gözlənilməzdir, ona görə də mən 2025-ci ildə nə baş verəcəyini proqnozlaşdırmaqda çox ehtiyatlıyam. Amma bu il bu müharibəyə son qoymaq mümkündür”, - o qeyd edib.

Keçmiş baş katib bildirib ki, Rusiya təcavüzünə görə son dərəcə yüksək bədəl ödəyir:

“Rusiya hər gün 1000-ə yaxın hərbi qulluqçusunu itirir, 10 faiz inflyasiya ilə üz-üzədir və vətəndaşların kütləvi şəkildə ölkədən getməsi, kəskin işçi çatışmazlığı yaşayır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью