Rusiya ağır iqtisadi vəziyyətlə üzləşib | Icma.az
Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq. Rusiya prezidenti Vladimir Putin uzun aradan sonra Hindistana səfər etdi.
Bu səfər Beynəlxalq ictimaiyyət, xüsusilə, Vaşinqton, İslamabad və Pekin tərəfindən diqqətlə izlənilir.
Bəs səfərin Dehli-Moskva xəttində əhəmiyyəti nədən ibarətdir?
Bu sualı aydınlaşdırmağa çalışaq.İlk növbədə onu qeyd etmək lazımdır ki, Rusiya və Hindistan arasında dövlətlərarası münasibətlər daim hər iki tərəf üçün faydalı, perspektivli konfiqurasiyaya malik olub və özünün spesifik xüsusiyyətləri ilə diqqət çəkib.Tərəflərin əməkdaşlıq portfeli əsasən siyasi, iqtisadi və hərbi əsaslar üzərində möhkəmlənib və proses qlobal tendensiyalara uyğun davam etməkdədir.Hindistan Rusiya neftinin əsas alıcılarından biridir və bu əməkdaşlıq Dehlini enerji, Kremli isə valyuta ilə təmin edir.
Situasiya hərbi-texniki əməkdaşlıq məsələlərində də eyni xarakterə malikdir.
Hindistan silah bazarı böyük alıcılıq potensialı ilə diqqət çəkir və Rusiya bu bazarda özünəməxsus yerə sahibdir.
Hindistan ordusunun silah arsenalında və müdafiə sənayesində rus imzası kifayət qədərdir.
Rusiya indi Hindistana özünün son istehsal etdiyi silahları, S 500, Su 57 kimi avadanlıqları təklif edir.
Tam oxu
Xəbəri oxu